BİZNES

"ASAN xidmət" mərkəzlərində vergi ödəyicilərinə hansı xidmətlər göstərilir?
06 İYUL
165

"ASAN xidmət" mərkəzlərində vergi ödəyicilərinə hansı xidmətlər göstərilir?

2019-07-06 14:07:00

Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu xidmətini 2012-ci ildən bəri "ASAN xidmət" mərkəzlərində də göstərməkdədir. Dövlət başçısının "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 17 yanvar 2019-cu il tarixli fərmanına əsasən, Bakı şəhərində 5, regionlarda isə 10 "ASAN xidmət" mərkəzinin yerləşdiyi inzibati ərazi vahidlərində nazirlik tərəfindən göstərilən bəzi xidmətlərin yalnız həmin mərkəzlərdə həyata keçirilməsi nəzərdə tutulub.

Fins.az-ın məlumatına görə hazırda "ASAN xidmət" mərkəzlərində Vergilər Nazirliyi üçün ayrılan 69 masada vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicilərinə xidmətlər göstərilir. Bu xidmətlərə ilkin qeydiyyat, ƏDV-nin məqsədləri üçün qeydiyyat, elektron sənəd mübadiləsi barədə müqavilələrin bağlanması və bankda hesab açılması üçün müraciətlər, habelə "Asan imza" sertifikatı xidmətləri daxildir

Müəllif:Aynur Qəniyeva.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027