BİZNES

Avstriyanın məşhur şirkəti Qusarda 125 hektar ərazi aldı
06 İYUL
223

Avstriyanın məşhur şirkəti Qusarda 125 hektar ərazi aldı

2019-07-06 09:05:00

Avstriyanın dünyaca məşhur qənnadı məhsulları istehsalçısı olan “Manner” şirkəti Azərbaycanın Qusar rayonunda 125 hektar ərazi alıb.

Fins.az “Die Presse” informasiya agentliyinə istinadən xəbər verir ki, şirkət orada fındıq yetişdirəcək.

Məlumata əsasən, “Manner” fındıq yetişdirməsi üçün bir neçə ölkəni nəzərdən keçirsə də, son qərarı Azərbaycan olub. Bu məqsədlə artıq “Manner Azərbaycan” MMC də yaradılıb.

Qeyd edək ki, sözügedən şirkətə “Manner”, “Casali”, “Victor Schmidt”, “Ildefonso” və “Napoli” kimi qənnadı brendləri məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027