BİZNES

Nazir müavinindən Azərbaycanla Çinin arasında ticarət dövriyyəsi ilə bağlı açıqlama
05 İYUL
211

Nazir müavinindən Azərbaycanla Çinin arasında ticarət dövriyyəsi ilə bağlı açıqlama

2019-07-05 17:19:00

Cari ilin ilk 5 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini bildirib ki, ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Çinli investorlar tərəfindən Azərbaycana ümumilikdə 800 milyon dollardan çox sərmayə qoyulub. Öz növbəsində Azərbaycan da Çin iqtisadiyyatına sərmayə yatırır və bu gün həmin investisiyaların həcmi 1,7 milyard dollar olub. Azərbaycanda ticarət, maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti və xidmət sahələrində Çin kapitallı 119 şirkət fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır