BİZNES

Səfər Mehdiyev səfirlə görüşüb
04 İYUL
159

Səfər Mehdiyev səfirlə görüşüb

2019-07-04 21:05:00

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Moldovanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leukanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən fins.az-a verilən məlumata görə, Səfər Mehdiyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və qarşılıqlı münasibətlərin bugünkü səviyyəsindən məmnunluqla bəhs edib.

Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də aparılan islahatlardan danışaraq tədbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Moldova səfiri George Leuka iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Səfir kimi iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirən moldovalı diplomat əməkdaşlığın gələcək perspektivləri barəsində fikirlərini bölüşüb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır