BİZNES

Azərbaycanda qrant almağın qaydaları DƏYİŞDİRİLDİ
04 İYUL
110

Azərbaycanda qrant almağın qaydaları DƏYİŞDİRİLDİ

2019-07-04 19:39:00

Prezident İlham Əliyev “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fins.az xəbər verir ki, bu dəyişiklik dəqiqləşdirmə xarakterlidir.

İndiyədək Nazirlər Kabinetinə sazişlərə dair danışıqlara başlanması haqqında təklifləri mərkəzi və digər icra hakimiyyəti orqanları təqdim edirdi.

Dəyişikliklə isə bunu mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, dövlətə məxsus müəssisələr də edə biləcək.

Beləliklə, Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus müəssisələrin rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verir. Sazişi imzalamaq səlahiyyəti Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanının və dövlətə məxsus müəssisənin rəhbərinə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027