BİZNES

Azərbaycanda bu layihələr 600 min manat sərmaye cəlb edib
04 İYUL
156

Azərbaycanda bu layihələr 600 min manat sərmaye cəlb edib

2019-07-04 15:15:00

İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 6 ay ərzində toplam 600 min manat yatırım cəlb ediblər. Bunlar Ticketsetup, Nextsale, Vriendly, Qreact, Onepoint, Topla.az, Whelp startaplarıdır. Fins.az-ın məlumatına Adları çəkilən startaplar yerli və xarici investorlardan toplam 600 min manat investisiya cəlb ediblər.

Məlumatda qeyd edilir ki, cəlb olunan investisiyanın 25%-i xarici investorların, qalanı isə yerli investorların payına düşür. Xarici investorlar əsasən Koreya, ABŞ və Almaniyadandırlar. “INNOLAND”in məqsədləri həm gənc, təşəbbüskar, innovativ insanlara dəstək olmaq, həm də onları xarici bazarlara çıxartmaq, ümumiyyətlə eksport yönümlü innovativ ideyaların təbliğatın təşkil etməkdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır