BİZNES

ABŞ-ın analitik mərkəzinin nümayəndələri ilə Azərbaycan startaplarına dəstək müzakirə olunub
04 İYUL
172

ABŞ-ın analitik mərkəzinin nümayəndələri ilə Azərbaycan startaplarına dəstək müzakirə olunub

2019-07-04 12:57:00

İyulun 4-də ABŞ-ın “Caspian Policy Center” analitik mərkəzinin nümayəndələri ilə İnnovasiyalar Agentliyində görüş keçirilib.

Agentlikdən  bildirilib ki, İnnovasiyalar Agentliyinin direktoru Tural Kərimli “Caspian Policy Center” nümayəndələrinə agentliyin fəaliyyəti, gələcək tədbir və planları ilə bağlı ətraflı məlumat verib, Azərbaycanda yüksək texnologiyaların inkişafına dair görülən işlər haqqında bəhs edib.

“COMmercialize startUP – ComUP” proqramına əsasən müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan startaplarının innovativ xidmətlərini kommersiyalaşdırmaq, onların dövlət qurumları, transmilli və beynəlxalq şirkətlər ilə işgüzar tərəfdaşlığ qurması məqsədilə “Caspian Policy Center”in direktoru Əfqan Nifti və idarə heyətinin üzvü, həmçinin ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutaya və “Ron MakLaren Conculting” şirkətinin prezidentinə İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin aidiyyəti startap layihələrinin təqdimatları nümayiş olunub.

Görüşün sonunda İnnovasiyalar agentliyinin əməkdaşları və komitənin nümayəndələri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, startaplara dəstək ilə bağlı danışıqlar aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır