Fins.az xəbər verir ki, 2019-cu ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir

Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat,
İşsizlik sığortası üzrə rüblük hesabat
2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli,
2019-cu ilin iyun ayı üzrə hesablanmış sığorta haqları isə 2019-cu ilin iyul ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin 2-ci rübünə görə vergi ödəyiciləri tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Xüsusi notariusun gəlir vergisi bəyannaməsi 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2019-cu ilin iyun ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Dövlət rüsumu haqqında hesabat 2019-cu ilin iyul ayının 22-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay,digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

Qeyd: 20.07.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən, həmin tarixlərdə təqdim olunmalıə bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 22.07.2019-cu il tarixinə keçirilib.