BİZNES

“Azərbaycan İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırıb
18 İYUN
167

“Azərbaycan İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırıb

2019-06-18 17:13:00

İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 64 milyon manat, yaxud 40% artıraraq 160 milyon manatdan 224 milyon manata çatdırıb.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti  ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli, "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır