BİZNES

Azərbaycanda mayda 8,5 minədək vergi ödəyicisi qeydiyyata alınıb
18 İYUN
102

Azərbaycanda mayda 8,5 minədək vergi ödəyicisi qeydiyyata alınıb

2019-06-18 16:21:00

Bu ilin may ayında Azərbaycanda 8 446 vergi ödəyicisi qeydiyyata alınıb.

Vergilər Nazirliyindən  verilən məlumata görə, hesabat ayında qeydiyyata alınanlardan 1 439-u hüquqi şəxs, 7 007-si isə fiziki şəxslər olub. Ötən ay ərzində həmçinin 4 754 təsərrüfat subyekti qeydiyyata alınıb, 10 050 vergi ödəyicisinin isə fəaliyyəti bərpa olunub. Vergi ödəyicilərinə 21 302 sayda “ASAN imza” sertifikatı verilib.

Ümumilikdə, may ayı ərzində vergi ödəyiciləri tərəfindən 138 418 bəyannamə təqdim edilib. Vergi orqanları tərəfindən 41 773 vergi ödəyicisi qəbul edilib, 58 803 sayda xidmət göstərilib. Çağrı mərkəzinin əməkdaşları tərəfindən 29 189 zəng cavablandırılıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271