BİZNES

Azərbaycan hökuməti icra və kommunikasiya planları hazırlayır
15 İYUN
239

Azərbaycan hökuməti icra və kommunikasiya planları hazırlayır

2019-06-15 19:21:00

“Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qruplarının rəhbərlərindən xahiş olunub ki, bu ilin II yarısına qədər icra və kommunikasiya planları hazırlansın”.

Fins.az Report-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) nümayəndəsi Vüsal ŞıxəliyevKomissiyanın “Ekvita” audit şirkəti ilə birgə keçirdiyi “Dövlət-özəl sektor dialoqu” mövzusunda “dəyirmi masa”da deyib.

“Burada səsləndirilən bütün təklifləri ciddi şəkildə təhlil edərək icra və kommunikasiya planlarında əks olunmasına çalışacağıq ki, artıq növbəti yarımillikdə onların həllinə nail olaq", - o qeyd edib.

V.Şıxəliyev həmçinin deyib ki, bu addımlar bütövlükdə Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edir: "Xatırlayırsınızsa, 2018-ci ilin sonunda cənab Prezident 40-dan çox normativ sənəd, o cümlədən 20-dən çox qanun, fərman və sərəncam imzalayıb. Bunlar biznes nümayəndələrinin tövsiyələri nəzərə alınmaqla, onların qarşılaşdıqları məsələlərin həllinə yönəlmiş paket sənədlər idi”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır