BİZNES

Mikayıl Cabbarov: "Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görülür"
14 İYUN
260

Mikayıl Cabbarov: "Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görülür"

2019-06-14 18:39:00

"Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu baxımdan hökumət tərəfindən nağdsız mühitinin genişlənidirlməsi, nağd dövriyyəni həcminin minimuma endirilməsi, rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görməkdədir". 

Fins.az xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsində deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi olaraq həmkar qurumlarla bu istiqamətdə birgə çalışırlar. 

“Nağd pul kütləsinin ümumi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətdə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci il ilə müqayisədə POS-terminalların sayı 16%-dək azalıb. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 POS-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln 721 min ədəd ödəniş kartı mövcuddur”, - M.Cabbarov əlavə edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır