BİZNES

Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İYUN
202

Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib

2019-06-14 18:01:00

Vergilər nazirinin müavini Mətin Eynullayev Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən verilən məlumata görə, qəbulda vergi qanunvericiliyi və inzibatçılığı, həmçinin vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, vergi orqanlarına işə qəbul və bərpa olunma ilə bağlı bir sıra məsələlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə Nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır