BİZNES

Aliyə Əzimova: "Özəl sektorun nümayəndələri isə üzləşdikləri problemləri yalnız assosiasiya və dövlətə səsləndirməli deyil"
14 İYUN
120

Aliyə Əzimova: "Özəl sektorun nümayəndələri isə üzləşdikləri problemləri yalnız assosiasiya və dövlətə səsləndirməli deyil"

2019-06-14 16:20:00

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova bildirib ki,özəl sektorun nümayəndələri isə üzləşdikləri problemləri yalnız assosiasiya və dövlətə səsləndirməli deyil, həm də onların həllinə dair təkliflər verməlidirlər.Fins.az-ın məlumatına görə, o, qeyd edib ölkədə islahatlar sürətlə aparıldığı üçün həm dövlət qurumlarının işçilərinin, həm də özəl sektorun nümayəndələrinin bu islahatları mənimsəməsində çətinliklər ola bilər.Aliyə Əzimova deyib ki, "Buna görə də işçi qruplarında olan dövlət qurumlarının nümayəndələri öz işçiləri üçün islahatların təbliği ilə bağlı daha çox təlimlər keçməlidirlər. Özəl sektorun nümayəndələri isə üzləşdikləri problemləri yalnız assosiasiya və dövlətə səsləndirməli deyil, həm də onların həllinə dair təkliflər verməlidirlər. Bu cür birgə səy nəticəsinsd bütün tərəflər islahatların səmərəliliyini artıracaq".Beynəlxalq Maliyyə Korporasiyasının rəsmisi iş adamlarının tez-tez təkliflər verdiklərini, amma onların eşidilmədiklərini də deyib: “Məncə bu prosesin yaxud formatın hansısa yolunu tapmalıyıq. Dövlət qurumları onları eşitməlidir. Nə isə etmək lazımdır ki, bu proses institutlaşsın. Həm sahibkarlar ruhdan düşməsin, həm də dövlətin maraqları təmin edilsin”.

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272