BİZNES

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin miqdarı açıqlanıb
14 İYUN
154

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin miqdarı açıqlanıb

2019-06-14 13:08:00

2019-cu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala manat vəsait yönəldilib. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib . Məlumatda bildirilir ki, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 64,4 faizi məhsul istehsalı obyektlərinin, 26,9 faizi xidmət sahələri üzrə obyektlərin, 8,7 faizi isə ümumi sahəsi 771,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 72,8 faizini təşkil etmişdir.

Məlumatda həmçinin bildirilir ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,1 faiz, büdcə vəsaitləri 27,3 faiz, bank kreditləri 6,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil etmişdir

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır