BİZNES

Gələcəkdə Kiçik və Orta Biznesə Dəstək Fonduna xarici investorlar da cəlb ediləcək
14 İYUN
198

Gələcəkdə Kiçik və Orta Biznesə Dəstək Fonduna xarici investorlar da cəlb ediləcək

2019-06-14 09:58:00

Gələcəkdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində yaradılan Kiçik və Orta Biznesə Dəstək Fondunda xarici investorlar da iştirak edə biləcək.

Bunu  KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, Agentliyin nəzdində Kiçik və Orta Biznesə Dəstək Fondu yaradılıb: “Bu Dəstək Fondunun artıq funksional mexanizmi işlənilir. Fondun nizamnaməsi təsdiq olunandan sonra, Fond tam fəaliyyət göstərəcək”.

Xatırladaq ki, KOBİA ölkə Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə isə onun nizamnaməsi və strukturu təsdiq edilib.

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır