BİZNES

Avropa İttifaqının regiondakı ticarət dövriyyəsinin 78 %-i Azərbaycanın payına düşür
13 İYUN
134

Avropa İttifaqının regiondakı ticarət dövriyyəsinin 78 %-i Azərbaycanın payına düşür

2019-06-13 12:39:00

"Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək”. Fins.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə danışıqları və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Azərbaycan-Aİ biznes forumundan əvvəl bəyanatında deyib. "Hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", - deyə o, bildirib.

"Hazırda Azərbaycan ilə Avropa İttifaqı yeni saziş üzrə danışıqlar aparır". Bu fikirləri isə iqtisadiyyat naziri Şahin Mustafayev biznes forumda çıxışı zamanı səsləndirib. Nazir qeyd edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 42 faizi Aİ ölkələrinin, eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 78 faizi ölkəmizin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır