BİZNES

Auditorlar Palatası Rusiyanın “Sodrujestvo” Assosiasiyası ilə əməkdaşlıq sazişi imzalayıb
13 İYUN
169

Auditorlar Palatası Rusiyanın “Sodrujestvo” Assosiasiyası ilə əməkdaşlıq sazişi imzalayıb

2019-06-13 12:04:00

İyunun 13-də Azərbaycan Respublikası Auditorlar Palatası ilə Rusiya Federasiyasının Özünütənzimləyən Auditorlar Təşkilatı olan “Sodrujestvo” Assosiasiyası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası  arasında əməkdaşlıq sazişi imzalanıb.

Fins.az  xəbər verir ki, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov palatanın Prezident İlham Əliyevin göstərişlərini rəhbər tutaraq müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə bir sıra ölkələrin audit mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri imzaladığını deyib.

V.Novruzov qeyd edib ki, bu sazişlərin reallaşması ölkədə şəffaflığın artırılması və auditin inkişafı sahəsində xarici tərəfdaşlarla birgə tədbirlər həyata keçirmək və təcrübə mübadiləsi aparmaq üçün önəmli əhəmiyyət kəsb edir.

“Sodrujestvo” Assosiasiyası və İmtiyazlı Sertifikatlaşdırılmış Müsahiblər Assosiasiyasının prezidenti Şeremet Anatoli Danilloviç isə öz növbəsində qeyd edib ki, memorandumun məqsədi hər iki ölkənin iqtisadi mühitində mühasibat və audit peşələrinin inkişaf etdirilməsi, beynəlxalq audit standartlarına uyğunlaşma prosesinin sürətləndirilməsini təmin etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır