BİZNES

Bu gün Dövlət Gömrük Komitəsi IBM şirkəti ilə müqavil\ə bağlayacaq
13 İYUN
95

Bu gün Dövlət Gömrük Komitəsi IBM şirkəti ilə müqavil\ə bağlayacaq

2019-06-13 09:37:00

Bu gün Dövlət Gömrük Komitəsi İBM şirkəti ilə yükdaşıma sahəsində anlaşma müqaviləsi imzalayacaq.Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının  “İnformasiya Texnologiyaları  Konfransı və Sərgisi”ndən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ticarətdə idxal-ixrac əməliyyatlarında blokçeyn texnologiyasından istifadə olduqca mühümdür: “Sabah Dövlət Gömrük Komitəsi ilə İBM şirkəti arasında yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə ilə bağlı müqavilə imzalanacaq”.

Komitə sədri bildirib ki, bununla da bu müqavilə Azərbaycanda istifadəsində bir ilk olacaq: “Blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi deməkdir. Bu texnologiyanın ölkəmizə gətirilməsi sürətli keçid əməliyyatının daha sürətləndirilməsi, asanlaşmasında, sahibkarların idxal-ixrac əməliyyatlarında işinin daha da asanlaşması üçün atılacaq bir addım olacaq. Avropadan və dünyanın istənilən yerindən Azərbaycana gələn yük barəsində bütün məlumatları – onun həcmi, hansı şirkətə məxsuis və istehsal məlumatları olması barədə ilkin məlumatları əldə edəcəyik”.

Komitə sədri bildirib ki, bu texnologiyanın tətbiqi onlayn olaraq bütün qurumlara istifadə etməyə imkan verəcək və bu məlumatlar bizim bazaya inteqrasiya edilməsinə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272