BİZNES

Bu sahədə sahibkarlıq subyektlərinin yaradılması üçün 645 mln. manat investisiya təşviqi sənədi verilib
12 İYUN
96

Bu sahədə sahibkarlıq subyektlərinin yaradılması üçün 645 mln. manat investisiya təşviqi sənədi verilib

2019-06-12 17:52:00

Azərbaycanda aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması üçün 162 mln. manat güzəştli kredit verilib. Bu barədə fins.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bundan başqa, 20 aqropark və iri fermer təsərrüfatının fəaliyyətinin təmin olunması üçün sahibkarlara investisiya dəyəri 645 mln. manat olan 37 layihənin həyata keçirilməsi üçün investisiya təşviqi sənədi verilib.Azərbaycanın 33 rayonunda ümumi sahəsi təxminən 257 min ha olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması planlaşdırılır. Bu layihələrə investisiya qoyuluşları 2.2 mlrd. manat məbləğində qiymətləndirilir.

Hazırda ümumi sahəsi 104 min ha olan 17 aqroparkın tikintisi üzrə işlər başa çatıb.Xəbər verildiyi kimi, cari ildə 10 aqroparkın istifadəyə verilməsi planlaşdırılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263