BİZNES

Gömrük Komitəsindən blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı açıqlama
12 İYUN
58

Gömrük Komitəsindən blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı açıqlama

2019-06-12 14:11:00

Dövlət Gömrük Komitəsi və IBM şirkəti 13 iyun tarixində blokçeyn texnologiyalarının tətbiqinə başlanılması haqqında ilkin saziş imzalayacaq. Fins.az xəbər verir ki, bu barədə komitənin sədri Səfər Mehdiyev məlumat verib. "IBM şirkəti blokçeyn texnologiyalarının tətbiqinə başlanılması haqqında memorandum sabah imzalanacaq. Bu texnologiyaların Azərbaycanda tətbiqinə bu il başlanılacağı gözlənilir", - deyə S.Mehdiyev bu gün mətbuat keçirilən konfransında bildirib.

Onun sözlərinə görə, blokçeyn texnologiyalarının tətbiqi yüklərin dəniz və hava nəqliyyatı ilə daşınmasında da öz əksini tapacaq."Bu, məlumat sistemindən lazımi məlumatları kənardan müdaxilə olmadan, onlayn rejimdə əldə etməyə imkan verəcək. Sahibkarlar bundan faydalanacaqlar, bu, həm də gömrük xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq", - deyə sədr vurğulayıb.

S.Mehdiyev qeyd edib ki, Azərbaycan IBM ilə Avropadan yük daşımaları ilə bağlı məsələlərlə əlaqədar da əməkdaşlıq edəcək.

"Yaxın aylarda biz bu istiqamətdə işə başlayacağıq. Bu imkanların tətbiqi konteyner daşımaları haqqında məlumat əldə etməyə imkan verəcək. Konteyner haradadır? Okeanın hansı hissəsində? Yükləri hansı şirkət və kimə göndərir? Bütün bunlar məlumat bazasına daxil olacaq”, - deyə o əlavə edib.

DGK sədrinin sözlərinə görə, Azərbaycan, həmçinin müxtəlif ölkələrlə blokçeyn texnologiyalarının tətbiqi üzrə ikitərəfli əməkdaşlığa dair saziş üzərində işləyir. "Bu istiqamətdə biz Hindistan və Moldovanın dəstəyi ilə Ukrayna ilə bir layihə həyata keçiririk", - deyə S.Mehdiyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263