BİZNES

Azərbaycanda deflyasiya və orta illik inflyasiyanın nə qədər olduğu açıqlanıb
12 İYUN
138

Azərbaycanda deflyasiya və orta illik inflyasiyanın nə qədər olduğu açıqlanıb

2019-06-12 14:04:00

2019-cu ilin may ayında Azərbaycanda deflyasiya aprel ayında qeydə alınmış 0,4% səviyyəsində inflyasiyaya qarşı 0,4% təşkil edib. Bu barədəfins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.Məlumatda bildirilir ki, may ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,4% (cari ilin aprel ayının sonuna 2,4%) təşkil edib. Ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% bahalaşıb.

Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır. 2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257