BİZNES

Beynəlxalq Valyuta Fondu bu maddə ilə bağlı Azərbaycan höküməti ilə məsləhətləşmələrə başlayıb
12 İYUN
120

Beynəlxalq Valyuta Fondu bu maddə ilə bağlı Azərbaycan höküməti ilə məsləhətləşmələrə başlayıb

2019-06-12 13:49:00

Fins.az-ın məlumatına görə, Beynəlxalq Valyuta Fondu  bu gün Azərbaycan hökuməti ilə BVF-nin Nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələrə başlayıb.

“BVF-nin nümayəndə heyəti bu gün Azərbaycan hökuməti ilə fondun Nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrə başlayıb. Məsləhətləşmələr iyunun 27-dək davam edəcək”, - deyə BVF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

BVF sonuncu dəfə 2018-ci ilin mart ayında Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələr aparıb.

Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır