BİZNES

Vergilər nazirinin müşaviri:"Qeyri neft sektorunun özəl bölməsində 19% artım əməkhaqqı artımı olub"
12 İYUN
182

Vergilər nazirinin müşaviri:"Qeyri neft sektorunun özəl bölməsində 19% artım əməkhaqqı artımı olub"

2019-06-12 10:12:00

IllMilli Mühasiblər Forumunda çıxış edən Vergilər nazirinin müşaviri Xəqani Abdullayev vergi məcəlləsindəki dəyişiklər nəticəsində əldə olunmuş iqtisadi irəliləyişlər barədə məlumat verərək bildirib ki, "Ötən ilin birinci rübü ilə müqaisə etsək muzdla işləyənlərin sayında 114 mindən çox artım müşahidə olunub, o cümlədən qeyri neft sektorunun özəl sektoru üzrə muzdlu işçi sayında 97 mindən çox artım olub. Fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlər tətbiq olunan zaman əsas ideyamız özəl sektorda işçi sayının ağarması proseslərini stimmullaşdıraq.Bu proseslər artıq müşahidə olunur.Muzdlu işçilərin sayının artımının 97 faizi qeyri neft sektorunun payına düşür.Qeyri neft sektorunda çalışan muzlu işçilər ümumi muzdlu işçilərin əvvəl 35 hazırda 37%-ini təşkil edir..Əməkhaqqı fondunda əhəmiyyətli artımlar müşahidə olunur. Əməkhaqları ötən ilin eyni dövrü ilə müqaisədə qeyri neft sektorunun özəl bölməsində 16% artım müşahidə etmişik.Minimum əməkhaqlarının artımı effektlərini nəzərə almasaq görərik ki,qeyri neft sektorunun özəl bölməsində 19%artım müşahidə olunur".

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır