BİZNES

Azərbaycanda ilk! “Çevik Zəka” biznes təlimi
11 İYUN
222

Azərbaycanda ilk! “Çevik Zəka” biznes təlimi

2019-06-11 14:30:00

Azərbaycanda ilk dəfə 13-14 iyun tarixlərində "Qafqaz City Hotel" də  “Çevik Zəka” (Agile Mindset) təlimi keçirləcək. Fins.az-ın iqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, “Çevik Zəka”- nın prinsipləri dünyanın qabaqcıl şirkətləri arasında biznesin inkişafına yönümlü metodikadır.Sözügedən təlim də məhz həmin metodologiyanın inkişafı və tətbiqi üçün nəzərdə tutulub. Baş tutacaq təlimdə yüksək və orta pillələrdə olan rəhbərlərin iştirakı gözlənilir. Təlim 13 il biznes sahəsində məsləhətçi kimi fəaliyyət göstərən, eyni zamanda 20 il həkim-psixiatr, psixoloq təcrübəsi olan Həlimə Qəmərlinskaya tərəfindən, interaktiv şəkildə keçiriləcək. Həlimə Qəmərlinskaya biznes sahəsində öz bilik və bacarıqlarını yeni bir trend və mövzu əsasında seminar, tapşırıqlar, açıq diskussiyalar vasitəsilə paylaşacaq. Sonda isə çevik zəkanın inkişafına müsbət təsir göstərən yoqa təlimləri də olacaq.

“Çevik Zəka” təlimi “ADMEDİA” reklam agentliyi, Qafqaz otellər şəbəkəsi(QAFQAZ Hotels & Resorts City Baku), “MyBrands”, "Monteleone dry clean boutique" və "LOCCITANE" şirkətlərinin sponsorluğu ilə  həyata keçirəcək.

“Çevik Zəka”nın iştirakçıları sırasına “DAYAQ” Patronaj Xidməti, “AZFİNANCE” investisiya şirkəti, “Azərkosmos”, “ANDOP” qida və bəslənmə akademiyası, Azercell, Bakcell və Nar mobile mobil operatorları, Azərtelecom, Nikoil Bank, Azerconnect, “EY”(Ernest &Young), “NOVCO” şirkətlər qrupu, SOCAR AQS, LOCCITANE, "Soloha", “BP”, “ASAN” radio, “London school of Azerbaijan” və “PASHA Travel”  kimi məşhur xidmət mərkəzləri və şirkətlər daxildir. İştirakçılar əsasən, həmin şirkətlərin rəhbərləri və idarə heyətinin nümayəndələrindən ibarət olacaq.

Qeyd edək ki, bu günə kimi artıq 40 nəfər iştirakçı qismində qeydiyyatdan keçib. Təlim iştirakçılarını sponsorlar tərəfindən hədiyyə və sürprizlər gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır