BİZNES

Süni intellekt sahəsində patent sayına görə şirkətlərin siyahısı
10 İYUN
127

Süni intellekt sahəsində patent sayına görə şirkətlərin siyahısı

2019-06-10 16:26:00

Süni intellekt qlobal İT sahəsinin inkişafında ən mühüm istiqamətlərdən biridir. Almaniyanın “IPlytics” tədqiqat şirkəti qeydiyyatdan keçirilmiş patentlərin sayına görə lider şirkəti müəyyənləşdirib.

2019-cu ilin yanvar ayına olan məlumata görə, “Microsoft” korporasiyası patentlənmiş (18365) süni intellekt texnologiyalarının sayına görə birinci yeri tutub. ABŞ-ın “IBM” korporasiyası reytinqdə ikinci yerdə qərarlaşıb: sözügedən şirkətin aktivində 15046 patent var. Cənubi Koreyanın “Samsung” korporasiyası 11243 patent göstəricisi ilə üçüncü olub.

İlk onluqda 5 ABŞ şirkəti yer alıb. “Qualcomm” (10178 patent) və “Google” (9536 patent) şirkətlər müvafiq olaraq 4-cü və 5-ci yerləri tutublar. Bundan başqa, ilk onluqda, həmçinin Yaponiyanın iki şirkəti – “Sony” (8-ci yer, 5526 patent) və “Canon” (10-cu yer, 3996 aptent) qərarlaşıb. Cənubi Koreya, Niderland (“Philips”, 6-cı yer) və Almaniya (“Siemens”, 7-ci yer) ölkələrinin hər birindən bir şirkət reytinqdə yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272