BİZNES

Səfir: Bakı və Moskva iqtisadi əməkdaşlığa dair geniş gündəlik üzrə iş aparır
10 İYUN
86

Səfir: Bakı və Moskva iqtisadi əməkdaşlığa dair geniş gündəlik üzrə iş aparır

2019-06-10 13:24:00

Bakı və Moskva iqtisadi əməkdaşlığa dair geniş gündəlik üzrə iş aparır. Fins.az-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Bu gün mətbuat konfransında "Azərbaycan ərazisində birgə istehsalların yaradılmasına dair yol xəritəsi var. Hazırlıq bir çox istiqamətlərdə gedir, dərhal nəticə əldə etmək çətindir. Əczaçılıq sahəsində birgə müəssisənin yaradılması üzrə işlər başa çatır, avtomobil sənayesi sahəsində müəssisənin təməli qoyulub", - deyə o, bu gün mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan və Rusiya Federasiyası kənd təsərrüfatı texnikası və kombayn istehsalı üzrə birgə müəssisənin yaradılmasını da müzakirə edir. "Bundan başqa, büdcə-vergi sahəsində rəqəmsallaşma məsələlərində qarşılıqlı əlaqə mövcuddur, statistika idarələri arasında məlumat mübadiləsi mövcuddur", - deyə M.Boçarnikov qeyd edib.

Səfir turizm, hava nəqliyyatı sahələrində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. "2018-ci ildə Azərbaycana 800 mindən çox rusiyalı turist gəlib. Bu, o deməkdir ki, Azərbaycan Rusiya üçün cəlbedici yerə çevrilir. Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb. Həmçinin ölkəmizin regionları və Azərbaycan arasında daşımaların həyata keçirilməsi üçün rəsmi aviadaşıyıcıların sayının artırılması ilə bağlı müzakirələr aparılır", - deyə o bildirib.

Xəzər dənizində kruiz əlaqəsinə gəlincə, rusiyalı səfir bu istiqamətdə hazırlıq işlərinin aparıldığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272