BİZNES

Vergi və gömrük rüsumlarının ödənilməsi yalnız nağdsız qaydada aparılmalıdır
09 İYUN
257

Vergi və gömrük rüsumlarının ödənilməsi yalnız nağdsız qaydada aparılmalıdır

2019-06-09 09:27:00

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.1-ci maddəsinə əsasən, vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir. Fins.az xəbər verir ki vergilər nazirliyinin məlumatında qeyd olunur ki, bu maddənin tələbini pozduqda Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu halda maliyyə sanksiyası lizinq verən şəxsə (lizinq əməliyyatları üzrə borcların ödənişinin nağd qaydada aldığı üçün) və kreditləri nağd qaydada verdiyi üçün kredit verənə tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır