BİZNES

"Azpromo" və "Roskonqres" arasında əməkdaşlıq haqqında saziş imzalanıb
07 İYUN
229

"Azpromo" və "Roskonqres" arasında əməkdaşlıq haqqında saziş imzalanıb

2019-06-07 15:21:00

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) və Rusiyanın “Roskonqres” fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

Onun sözlərinə görə, eyni zamanda Leninqrad vilayəti ilə Azərbaycan arasında iqtisadi ticarət, elmi texniki və mədəniyyət sahəsində əməkdaşlığı haqqında sazişin imzalanması nəzərdə tutulub. 

“Bu, Azərbaycan Rusiya regionlar arası əlaqələrin genişləndirilməsi baxımından çox önəmli sazişdir. Əminik ki, bu istiqamət də vacib bir addımdır. Məlumat üçün deyə bilərəm ki, Azərbaycan Rusiyanın 80 regionu ilə əməkdaşlıq edir və bu formata iki ölkə rəhbərləri tərəfindən siyasi dəstək verilir. Bugünkü imzalanacaq bu sazişdə önəmli addımlardan biridir”, - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır