BİZNES

AZPROMO “Anuga 2019” ərzaq sərgisində iştirak etmək üçün 25 şirkət seçəcək
04 İYUN
167

AZPROMO “Anuga 2019” ərzaq sərgisində iştirak etmək üçün 25 şirkət seçəcək

2019-06-04 09:45:00

Azərbaycan şirkətləri 2019-cu ilin 5-9 oktyabr tarixlərində Almaniya Federativ Respublikasının Köln şəhərində keçiriləcək «Anuga 2019» ərzaq sərgisində təmsil olunacaq. Fins.az xəbər verir ki, bu barədə  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)  məlumat verilib.Qida sənayesi sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti Köln şəhərində keçiriləcək "Anuga 2019" ərzaq sərgisində vahid ölkə stendində iştirak edəcək

İştirakçılar müsabiqə əsasında seçiləcək.Sənədlər 1 iyul 2019-cu il tarixinədək təqdim olunmalıdır. Müsabiqə 12 iyul tarixində təşkil olunacaq.

Seçim meyarları bunlardır: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır