BİZNES

Bakıda ən çox maaşı onlar alır
03 İYUN
228

Bakıda ən çox maaşı onlar alır

2019-06-03 15:39:00

2019-cu yanvar-mart aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,9 faiz artaraq 817,3 manat olub. Bu barədə fins.az-a Bakı Şəhər Statistika idarəsindən məlumat verilib. Məlumatda görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

 Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır