BİZNES

İqtisadiyyat naziri və müavinlərinin qəbulu
17 MAY
240

İqtisadiyyat naziri və müavinlərinin qəbulu

2019-05-17 15:40:00

Fins.az-ın məlumatına görə,  İqtisadiyyat naziri Şahin Mustafayev Tovuzda Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.Bu barədə məlumat İqtisadiyyat nazirliyindən verilib. Məlumatda bildirilir ki, İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Ağstafada Qazax və Ağstafa, Sahib Məmmədov isə Gədəbəy rayonlarından olan vətəndaşları qəbul ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və yenidən qurulması, kənd təsərrüfatı texnikasının alınmasına, məhsul satışına və ixracına, o cümlədən əlil sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, sahibkarların mülkiyyət hüququ, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, əkinçilik, quşçuluq, turizm obyektinin tikintisi, istilik avadanlıqlarının, tikinti materiallarının, mineral suların, yabanı bitkilərdən dərman istehsalı, meyvə emalı və qurudulması müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.Ümumilikdə qəbullarda 60-a yaxın vətəndaş müraciət edib.

Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257