BİZNES

Mikayıl Cabbarovdan səyyar vergi yoxlamaları barədə açıqlama
17 MAY
146

Mikayıl Cabbarovdan səyyar vergi yoxlamaları barədə açıqlama

2019-05-17 10:56:00

2019-cu ilin birinci rübündə Azərbaycanda səyyar yoxlamaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə azalıb. Fins.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

“2018-ci ildə Vergilər Nazirliyinin həyata keçirdiyi səyyar yoxlamaların sayı 3 dəfədən çox azalıb. 2019-cu ilin birinci rübündə bu tendensiya qorunub, ötən ilin analoji dövrü ilə müqayisədə yoxlamaların sayı 3 dəfə azalıb. Eyni zamanda, yoxlamaların sayının azalmasına baxmayaraq, hesabat dövründə vergi yığımı planı artıqlaması ilə yerinə yetirilib”, - Cabbarov AzTV telekanalının “Günün nəbzi” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, hesabat dövründə Vergilər Nazirliyinin xətti ilə büdcəyə neft-qaz sektorundan vergi daxilolmalarının xüsusi çəkisi 69,1% təşkil edib. “Bu istiqamətdə çox nikbinik və müsbət tendensiyaları qeyd edirik”, - nazir əlavə edib.

O vurğulayıb ki, nazirlik vergi sistemində islahatların həayata keçirilməsini davam etdirəcək. “Şəffaflığın təminatı, vergi inzibatçılığının yaxşılaşdırılması, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi gələcək islahatlarımızın prioritetləridir. Vergi ödəyicilərinin hüquqlarının müdafiəsi məqsədilə bu yaxınlarda biz tərəfdən Vergi Ombudsmanı institutu yaradılıb”, - Cabbarov bildirib.

Xəbər verildiyi kimi, 2018-ci ildə Vergilər Nazirliyinin səyyar yoxlamaları 1,707 min vergi ödəyicisini (2017-ci illə müqayisədə azalma 3,4 dəfə - İF) əhatə edib. Aparılan yoxlamalar zamanı 1,703 min vergi ödəyicisində müəyyən pozuntular aşkar edilib. Ötən il həyata keçirilən səyyar yoxlamalar əsasında dövlət büdcəsinə əlavə vergilərin məbləği 465,7 mln. manat təşkil edib (azalma 1,7 dəfə). Yoxlamarın sayının azalmasına baxmayaraq, bir yoxlama üzrə əlavə vergilərin həcmi artıb. 2017-ci illə müqayisədə bu göstərici 2 dəfə - 273,5 min manatadək artıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262