BİZNES

Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılacağı tarix açıqlanıb
17 MAY
131

Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılacağı tarix açıqlanıb

2019-05-17 10:46:00

Həştərxanda vilayətin qubernator vəzifəsini icra edən Sergey Morozov və Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, prezident köməkçisi Əli Həsənov arasında görüş keçirilib.Fins.az xəbər verir ki,“Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub”, - Həştərxan vilayəti administrasiyasının mətbuat xidməti və informasiya İdarəsi məlumat verir.

Cümə axşamı Azərbaycanın rəsmi nümayəndə heyəti Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunan tədbirdə iştirak məqsədilə Həştərxana səfərə gəlib. Mayın 16-dan, dörd illik fasilədən sonra Bakı ilə Həştərxan arasında birbaşa uçuşlar bərpa olunub.

“Bizim səfərimizdən 5 ay vaxt ötüb. Artlq ilkin razılıqların icarsına başlanıb. Bakı ilə birbaşa uçuşların bərpasına şadıq. Düşünürəm ki, bu nəinki həştərxanlılar, həm də ölkənin bütün cənubunun sakinləri üçün çox yaxşı imkandır. Əminəm ki, bu qarşılıqlı münasibətərimizi möhkəmləndirəcək, həm iqtisadiyyat, həm də mədəniyyət və digər sahələrdə imkanlarımının genişlənməsinə təkan verəcək”, - Morozov bildirib.

Öz növbəsində, Həsənov Həştərxan-Bakı marşrutu ilə uçuşların bərpasının vacibliyini qeyd edib. “Bu, nəinki regionumuzla Azərbaycan arasında, həm də bütövlükdə Xəzəryanı region üçün turizm, sosial-iqtisadi və mədəniyyət əlaqələrinin inkişafı üçün vacibdir”, - Azərbaycan prezidentinin köməkçisi qeyd edib.

O əlavə edib ki, 2019-cu ilin payızında Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılışı planlaşdırılır.

“Azərbaycanla qarşılıqlı əlaqələrə dair böyük planlarımız var. Birbaşa uçuşların bərpası fikirlərimizin həyata keçirilməsi istiqamətində daha bir addımdır”, - Morozov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271