BİZNES

Yanvar-aprel aylarında Azərbaycana əczaçılıq məhsullarının idxalı ötən ilin səviyyəsində qalıb
16 MAY
123

Yanvar-aprel aylarında Azərbaycana əczaçılıq məhsullarının idxalı ötən ilin səviyyəsində qalıb

2019-05-16 18:42:00

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana $85 mln. 745,34 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“Yanvar-aprel aylarında Azərbaycana $85 mln. 745,74 min dəyərində 4 min 493,04 ton həcmində əczaçılıq məhsulları idxal olunub (2018-ci ilin yanvar-aprel aylarının göstəricisinə uyğundur - İF)”, - Komitədən bildirilir.

2018-ci ildə Azərbaycana $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton həcmində əczaçılıq məhsulları idxal olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262