BİZNES

Nazirlik rəsmisindən qaimə-faktura rəsmiləşdirilməsi ilə bağlı açıqlama
16 MAY
332

Nazirlik rəsmisindən qaimə-faktura rəsmiləşdirilməsi ilə bağlı açıqlama

2019-05-16 15:06:00

"Biz ayrı-ayrı sahələrdə "ağarma"nı görmək üçün müxtəlif indikatorlar qurmuşuq və müxtəlif sahələr üzrə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və vergi ödəyiciləri arasında aparılan təbliğat işlərinin "ağarma"ya təsirini də qiymətləndirmişik". Fins.az-ın məlumatına görə, Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən görüşdə belə deyib. Qeyd edib ki, problemli sektorlar daha çox nağd vəsaitlərin dövr etdiyi sahələrdir. Bu, xüsusən ictimai iaşə, pərakəndə ticarət, topdan ticarət sahələrinə aiddir: "Əgər ötən ilin ilk rübündə qeyri-neft sektoru ürzə malların 52,6 faizi qaimə-faktura ilə rəsmiləşdirilirdisə, bu ilin I rübünün nəticələrinə görə, həmin göstərici 62,2 faizə çatıb"

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır