BİZNES

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının çıxışından əsas tezislər
16 MAY
173

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının çıxışından əsas tezislər

2019-05-16 12:01:00

  “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” uğurla icra edilir. Problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması və bankların kapitallaşma səviyyəsinin artırılması istiqamətində işlər görülüb. Bankların fəaliyyəti üzərində nəzarətin təkmilləşdirilməsi və kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi üzrə fəaliyyətlər həyata keçirilib. Aktiv pul bazarının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə araşdırılıb mövcud marketmeykerlərin daha da inkişaf etdirilməsi imkanları qiymətləndirilib.

Eyni zamanda Blumberq ticarət sistemində banklararası pul bazarı əməliyyatlarının aparılması və onlayn rejimdə Mərkəzi Bank tərəfindən bu əməliyyatlarla bağlı məlumatların əldə edilməsi imkanını yaradan “E-Bond” platforması bankların istismarına verilib. Qiymətli kağızlar bazarının dərinləşdirilməsi, paylanılmış reyestr texnologiyalarının (PRT) tətbiqi, ani ödənişlər sistemi, vençur fəaliyyəti, ödəniş xidmətləri və ödəniş sistemləri istiqamətində təkliflər hazırlanıb. Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi mexanizmi qurulub, rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması məqsədilə fəaliyyətlər həyata keçirilib.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257