BİZNES

Londonlu stilist Azərbaycanda yeni şirkət təsis edib
16 MAY
84

Londonlu stilist Azərbaycanda yeni şirkət təsis edib

2019-05-16 09:43:00

Fins.az-ın məlumatına görə, Böyük Britaniyanın paytaxtı Londonda böyümüş ərəb əsilli stilist Azərbaycanda yeni şirkət təsis edib. Şirkətin adı “Dervis Bagzıbaglı Ticarət LTD” MMC-dir. “Dervis Bagzıbaglı Ticarət LTD” adlı şirkətin kapitalı 30 000 ABŞ dollarıdır. Bu şirkətin yaradıcısı özünün daha çox londonlu kimi təqdim edilməsini sevən Bagzıbaglı Dervis Rashit-dir.

Qeyd edək ki,  Raşit Bağzıbağlı 1985-ci ildə Londonda dünyaya gəlib , 34 yaşı var. 2010-cu ildə Türkiyədə və Kiprdə müvəffəqiyyətləri nəticəsində bir çox mükafatlara layiq görülüb. Nyu-Yorkda “Gənc Moda Üzü” yarışmasında “Ən yaxşı gənc stilist” mükafatını alıb

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262