2019-cu ilin I rübündə respublika üzrə yerli vergi orqanları tərəfindən məhkəmələrə ümumilikdə 152 milyon 354,7 min manat məbləğində 1.982 müraciət edilib. Bu barədə Fins.az-a Vergilər Naziryindən məlumat verilib.Bu müraciətlərdən vergi borcunun, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınmasını təmin etmək məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı 988,6 min manat məbləğdə 100 iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edilib. Cari və ötən dövrlərdə verilmiş həmin iddia ərizələrindən I rübdə vergi orqanına 135,1 min manat məbləğində 127 qətnamə daxil olub ki, bunların da hamısı məhkəmələr tərəfindən təmin edilib. Həmçinin inzibati-iqtisadi məhkəmələrin icraatında olan iddia ərizələri üzrə 137,9 min manat məbləğdə 45 qərardad daxil olub, bunların da hamısı vergi borcunun ödənilməsi ilə bağlı olub.

Müəllif: Aynur Qəniyeva