BİZNES

Azərbaycanda bu əməliyyatlar nəticəsində 1707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb
15 MAY
154

Azərbaycanda bu əməliyyatlar nəticəsində 1707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb

2019-05-15 14:55:00

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7979,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4843,4 milyon dollar, idxalın dəyəri 3135,6 milyon dollar olub. Məlumatda qeyd olunur ki,  nəticədə 1707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7 faiz, o cümlədən idxal 43,1 faiz, ixrac 3,0 faiz artmışdır. Real ifadədə dövriyyə 6,4 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac 3,0 faiz artmışdır.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır