BİZNES

Vergilər Nazirliyinin rəsmisindən vergi ödəyiciləri barədə açıqlama
15 MAY
145

Vergilər Nazirliyinin rəsmisindən vergi ödəyiciləri barədə açıqlama

2019-05-15 13:34:00

2019-cu il yanvarın 1-nə olan məlumatlarla müqayisədə aprelin 1-i vəziyyətinə ölkədə aktiv vergi ödəyicilərinin sayında 11,5 faiz artım qeydə alınıb.

Fins.az-ın məlumatına görə,Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən "dəyirmi masa"da bildirib ki, bu ilin birinci rübündə ƏDV ödəyicilərinin sayında artım təxminən 36,7 faiz təşkil edib. Qeydiyyatda olan obyektlərin sayında da 12 faizə yaxın artım müşahidə edilib.

Xatırladaq ki, bu ilin ilk 4 ayında qeydiyyata alınanlarla birgə vergi ödəyicilərinin sayı 1 milyon 2 min 865-ə çatıb. Bu dövr ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı isə 36 min 558 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271