BİZNES

Azərbaycan iqtisadiyyatına 2019-cu ildə nə qədər investisiya qoyulduğu açıqlanıb
15 MAY
157

Azərbaycan iqtisadiyyatına 2019-cu ildə nə qədər investisiya qoyulduğu açıqlanıb

2019-05-15 12:28:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 916 mln. manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,9%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi sərmayənin 64,5%-i məhsul istehsalı obyektlərinin, 26,5%-i xidmət sahələri üzrə obyektlərin, 9,0%-i isə ümumi sahəsi 595,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,4%-ni təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,7%, büdcə vəsaitləri 25,6%, əhalinin şəxsi vəsaitləri 6,4%, bank kreditləri 5,8%, büdcədənkənar fondların vəsaitləri 1,2%, sair vəsaitlər isə 0,3% təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır