BİZNES

Elçin Məmmədov: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar"
15 MAY
200

Elçin Məmmədov: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar"

2019-05-15 11:58:00

"Vergi ödəmək hər bir şəxsin, o cümlədən də futbolçuların borcudur".Fins.az "report"-a istinadən  xəbər verir ki, bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Vergilər nazirinin müşaviri, vergi ombudsmanı Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, futbolçularla ikili müqavilə problemi 2019-cu il 1 yanvar tarixindən Vergi Məcəlləsində edilən dəyişiklər sayəsində aradan qalxa bilər: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar. 8 min manata qədər olan maaşlar vergidən azaddır. Bu, görünməyən bir işdir. Bu şərtlər vergi ödəmək istəyən şəxslərin üzə çıxmasına imkan verir. Dövlət sahibkarların sayının artması üçün maksimum təkan verir"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır