BİZNES

Xidməti müqavilə ilə işləyən şəxslər il ərzində hansı vergi hesabatlarını verməlidir?
15 MAY
77

Xidməti müqavilə ilə işləyən şəxslər il ərzində hansı vergi hesabatlarını verməlidir?

2019-05-15 10:36:00

Xidməti müqavilə ilə işləyib gəlir vergisi ödəyən şəxslər il ərzində hansı vergi hesabatlarını verməlidir? Fins.az məlumat verir ki, gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Əvvəlki ildə gəlir vergisi ödəyicisi olmadığınız halda siz 151.5-ci maddədə nəzərdə tutulan qaydada, mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla cari vergini hesablamalısınız və bu barədə rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq arayış təqdim etməlisiniz.

Əlavə olaraq bildiririk ki, 2018-ci ilin IV rübündən etibarən məcburi dövlət sosial və işsizlik sıgortası üzrə hesabatlar Vergilər Nazirliyinə təqdim olunmalıdır. Qeyd olunan hesabatlar hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə hesabatları vergi orqanına təqdim etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264