BİZNES

Mövsümi,səyyar satışla məşğul olan şəxslər hansı vergiləri ödəməlidir?
15 MAY
212

Mövsümi,səyyar satışla məşğul olan şəxslər hansı vergiləri ödəməlidir?

2019-05-15 10:30:00

Səyyar ticarətlə məşğul olanlar hansı vergiləri ödəməlidir? Fins.az məlumat verir ki,  fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Onu da qeyd edək ki,  malların səyyar (mövsümi) satışına olan müəyyən tələblərlə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda tanış ola bilərsiniz.

Bunula yanaşı nəzəriniz çatdırırıq ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən səyyar (mövsümi) ticarət yerlərinin müəyyən edilməsinə görə icazə tələb olunur.

Səyyar ticarətinin həyata keçirilməsinin reallaşdırılması barədə əlavə məlumatı aidiyyəti üzrə İqtisadiyyat nazirliyinə müraciət etməklə əldə etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci33.2-ci33.4-cü34.1-ci34.2-ci və 34.3-cü maddələri,  “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 20-ci maddəsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır