BİZNES

Hakerlər bu kriptovalyuta birjasından 40 milyon dollar oğurlayıb
10 MAY
112

Hakerlər bu kriptovalyuta birjasından 40 milyon dollar oğurlayıb

2019-05-10 10:44:00

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri Honkonqun “Binance” birjası haker hücumuna məruz qaldığını xəbər verib. Fins.az-ın məlumatına görə,hadisə nəticəsində cinayətkarlar 7 min “bitcoin” oğurlayıb. Bu da mayın 8-nə olan məzənnəyə görə, 40 milyon dollardan çoxdur. Hakerlərin istifadəçilərin tətbiqi proqram interfeysinə, iki amilli autentifikasiya kodlarına və başqa məlumatlara çıxış imkanı olub. Onlar plana uyğun hərəkət ediblər, vəsaiti çıxarmadan öncə bir qədər gözləyiblər.

Cinayətkarlar bir tranzaksiya çərçivəsində 7 min “bitcoin” çıxara biliblər. Tranzaksiya elə təşkil edilib ki, sistemdə mövcud olan birjaların hamısı təhlükəsizlik yoxlamasından keçib. Hakerlər yalnız “qaynar pul kisələrinə” giriş əldə edə biliblər. Onlarda isə “bitcoin” meydanında olan bütün vəsaitin cəmi 2%-i saxlanılır. Şirkətin digər aktivləri ziyan görməyib. Kriptobirja oğurlanan koinləri kompensasiya etmək üçün “Secure Asset Fund for Users” fondunun vəsaitindən istifadə edəcək, digər istifadəçilərin aktivlərinə ziyan dəyməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262