BİZNES

Latviyanın Valka şəhərinin rəhbərliyinin azərbaycanlı iş adamları ilə görüşü
10 MAY
90

Latviyanın Valka şəhərinin rəhbərliyinin azərbaycanlı iş adamları ilə görüşü

2019-05-10 10:33:00

Latviyanın Valka şəhər bələdiyyəsinin sədri Vents Armands Krauklis azərbaycanlı iş adamları ilə görüşüb.Fins.az xəbər verir ki, şəhər bələdiyyəsinin sədri ölkəmizdən olan qonaqları regiondakı iş imkanları ilə tanış edib.

Mer deyib ki, sözügedən görüş Azərbaycan ilə Latviya arasında iqtisadi əlaqələrin inkişafına dəstək olmaqla yanaşı, Azərbaycan brendinin Avropa bazarlarına çıxışının artırılmasına da şərait yaradacaq. Həmçinin Valkada istehsal olunan məhsullar da Azərbaycan bazarına ixrac olunacaq.

Azərbaycanlı iş adamları səfər çərçivəsində real tərəfdaşlarla görüşərək gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264