BİZNES

Nazir: "Vergi Məcəlləsinə edilən dəyişikliklər paketinə belə bir yenilik əlavə olunub ki,.."
10 MAY
312

Nazir: "Vergi Məcəlləsinə edilən dəyişikliklər paketinə belə bir yenilik əlavə olunub ki,.."

2019-05-10 10:28:00

Fins.az xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarov müsahibəsində bildiorib kui, "Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər paketinə belə bir yenilik əlavə olunub ki, əksər biznes sahələrində baş verən və "kölgə" mahiyyəti daşıyan pozuntular ilk dəfə aşkarlandıqda sahibkara maliyyə sanksiyası deyil, xəbərdarlıq edilir" Fikirlərinin davamında o qeyd edib ki, "Fikrimcə, bu, açıq və aydın şəkildə dövlətin siyasətini əks etdirir. Yəni, burada məqsəd heç bir şəkildə cərimə və sanksiya ilə deyil, ilk növbədə, vergiödəyicisinə onun yol verdiyi pozuntunu göstərərək, şüurlu şəkildə aradan qaldırması üçün daha bir şans verməkdir. Amma bu baş vermədiyi təqdirdə, təbii ki, bütün məsələlər hüquqi çərçivədə həll edilməli və dövlətin qanunlarına riayət olunmalıdır. Dövlət orqanlarının və konkret olaraq Vergilər Nazirliyinin işi məhz bundan ibarətdir. Bunun üçün bizim həm səlahiyyətimiz, həm peşəkar bacarıqlarımız mövcuddur. Leqallaşma könüllü şəkildə baş vermədiyi halda, biz öz səlahiyyətlərimizdən istifadə edirik"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264