BİZNES

İlahə Lətifli: "Müştərinin rahatlığının qayğısına qalmaq üçün əlimizdən gələn hər şeyi edirik"
10 MAY
820

İlahə Lətifli: "Müştərinin rahatlığının qayğısına qalmaq üçün əlimizdən gələn hər şeyi edirik"

2019-05-10 10:03:00

Fins.az-ın müsahibi “D.Travel company”-nin baş direktoru İlahə Lətiflidir

-Bu il turizm mövsümünün açılmasından sonra ən çox hansı xarici ölkələrə turist səfərləri təşkil etmisiniz?

-Bildirmək istədim ki, “D.Travel company” dünyanın bütün ölkələrinə turist səfərlərinin təşkilini həyata keçirir. “D.Travel company”-nin 2019-cu ilin hazırki dövrünə qədər təşkil etdiyi səfərləri əsasən Türkiyənin Antaliya , İstanbul, Bodrum, Marmaris kimi turistik əhəmiyyətli şəhərləri  ilə bağlı olub. Ümumilikdə Türkiyəyə daha çox turist səfərləri təşkil edilib.Daha sonra qonşu Gürcüstana da turist marağı daha çox müşahidə edilib. Belə ki, ““D.Travel company”-ə müraciət edənlərin arasında Türkiyəyə və Gürcüstanın kurort bölgələrinə nəzərdə tutulan turlardan istifadə edən turistlərin sayı daha çox olub. Hesab edirəm ki,bu həm sözügedən ölkərlərlə Azərbaycanın  tarixi, coğrafi yaxınlığından həm də Türkiyə eləcədə Gürcüstana olan turların daha sərfəli olması ilə bağlıdır.

 -Rəhbərlik etdiyiniz turizm şirkəti bu il müştərilərə hansı sərfəli və yeni marşurutların daxil edildiyi turist paketlərini təklif edir?

 -“D.Travel company”-nin təklif etdiyi xidmətlərə dünyanın istənilən ölkə və şəhərinə turların təşkili, məşhur müalicə ocaqlarının və sanatoriyaların bronlaşdırılması (tibbi tur), münasib, sərfəli qiymətlərə aviabiletlərin təşkili və digər xidmətlər daxildir “D.Travel company” ənənəvi turpaketlərlə yanaşı məhz  2019-cu ildə Gürcüstanın tarixi eyni zamanda müasir şəhəri olan Batumi şəhərinin tam başqa istiqamətdən təqdim edildiyi yeni tur paket təklif edir. Bildirmək istərdim ki, çox münasib qiymətə təklif etdiyimiz bu turla Batumiyə səfər edəcək hər bir turist şəhərin qədim eyni zamanda yeni memarlıq nümunələri ilə tanış olmaqla yanaşı şəhərin eqzotik təbiəti, fərqli dadları özündə birləşdirən mətbəxini dadıb, mədəni abidələrini də görə biləcək.

-Sizin şirkətin Azərbaycanın turizm bazarında əsas üstünlüyü nədir?

 -“D.Travel company” peşəkar turizm agentlərinin çalışır müştəri məmnuniyyətini, rahat və keyfiyyətli istirahəti, yüksək səviyyədə səyahətin təşkilini özünün başlıca prioriteti hesab edir.Mən özüm şəxsən turizm sahəsində 7 ildir işləsəm də, “D.Travel company” Azərbaycanın turizm sektorunda 2 ildir fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz müddətdə əsas iş prinsiplərimizdən biri də münasib qiymətə çox keyfiyyətli xidmət göstərməkdir. Hər zaman  ucuz və müştərinin rahatlığının tam təmin olunacağı turların təşkilinə səy göstəririk. “D.Travel company” xarici ölkələrdə turizm sahəsində peşəkarlığı ilə seçilən  müxtəlif şirkətlərlə əməkdaşlıq edir. Biz beynəlxalq səyahətlərin gözlənilməzliklərinin öhdəsindən gəlmək üçün günün 24 saatı, həftənin 7 günü müştərilərə dəstək göstəririk. Müştərinin rahatlığının qayğısına qalmaq üçün əlimizdən gələn hər şeyi edirik.Bizi üstün edən peşəkar və keyfiyyətli xidmətimizdir. Məhz bunun nəticəsidir ki, cəsarətlə deyə bilərəm ki,  “D.Travel company” hazırda  ölkənin ən qabaqcıl turizm şirkətlərindən biridir.

-Belə bir tendensiya var ki,yayda istirahət üçün adətən qış mövsümündə alınanan turizm paketləri daha sərfəlidir. Belə demək olar yayda turistlərə heç bir sərfəli tur paket təklif olunmur ?

-“D.Travel company” cəmiyyətin bütün təbəqələrindən olan insanların rahat, sərfəli, güzəştli şəkildə səyahət və istirahət etmələri üçün münasib qiymətlərə turpaketlər təqdim edir. Tək Azərbaycanda deyil demək olar ki, dünyanın əksər ölkələrində müştərilər tərəfindən  əsasən yay mövsümündə istirahət üçün qış aylarında erkən rezervasiyaya üstünlük verilir.Qışda yay mövsümü üçün nəzərdə tutulan turlar əsasən 50% ucuz təklif olunur.Qeyd etmək istərdim ki,yay istirahəti üçün erkən rezervasiyaya üstünlük verən müştərilər üçün bu tip turlar çox sərfəli olur.Belə ki, müştərilərin çoxu səyahət edəcəkləri turu qış mövsümündən rezervasiya edirərək ödənişi istirahət vaxtına kimi hissə-hissə edirlər.Bu həm qiymət baxımından münasib olur həm də ödəniş hissə-hissə edildiyi üçün müştərinin üzərinə maddi yük düşmür.

-Hazırda  təklif etdiyiniz ən sərfəli və ən maraqlı tur-paket hansıdır?

Hazirda “D.Travel company” müxtəlif istiqamətlərdə ucuz və çox  maraqlı tur paketlər təklif edir. Məsələn qrup şəklində istirahət etmək istəyən müştərilər üçün mən deyərdim çox sərfəli və yetərincə təminatlı və keyfiyyətli tur paket təklif edirik.Viza dəstəyi, 7 gün ərzində 4-5 Avropa ölkəsinə səyahət, otel, səhər yeməyi, ölkələrarası nəqliyyat bələdçisinin daxil edildiyi tur paketin qiyməti adambaşına 350€ -dan başlayır.Qeyd edim ki, bu il məhz bu turpaketə maraq göstərən müştərilərin sayı çoxluq təşkil edir. Ümumilikdə bildirmək istərdim ki, 2019-cu il Avropa istiqamətinə turist axını daha çoxdur.

-2019-cu il yay turizm mövsümündə ən çox hansı xarici ölkələrə turist gedəcəyini gözləyirsiniz?

-Ümumilikdə bildirmək istərdim ki, “D.Travel company” olaraq hesab edirik ki, Türkiyəyə turist axını həmişə olduğu kimi çox olacaq. Daha sonra Gürcüstan və Ukrayna və Rusiyanın müalicəvi əhəmiyyəti olan sanatoriyalarında istirahət edənlər çoxluq təşkil edəcək. Onu da qeyd edim 2019-cu il Avropa istiqamətinə də  turist axınının olacağını proqnozlaşdırmaq mümkündür.

- Dünyanın müxtəlif ölkələrində yerləşən  hansı brend otellərlə əməkdaşlıq edirsiniz?

“D.Travel company” dünyanın müxtəlif ölkələrində yerləşən ən müasir və üstün  xidmətlərlə təmin olunmuş brend otellərlə əməkdaşlıq edir. Əsasən “Hilton” , “Rixos”, “Mariot”, “Fairmont”, “Shangri La” kimi brend otel şəbəkələri ilə sıx əməkdaşlıq edirik.Biz hər bir müştəriyə dünyanın istənilən otelində qalıb istirahət etmək imkanı yarada bilirik. Qeyd etmək istərdim ki, Azərbaycanda xarici ölkələrə “D.Travel company”-nin xidmətindən istifadə edərək turist səfərinə gedən soydaşlarımızın böyük əksəriyyəti seçim zamanı ən çox brend otellərə üstünlük verirlər.Bu isə onun göstəricisidir ki, Azərbaycan vətəndaşları üçün keyfiyyəli,peşəkar şəkildə təqdim edilən xidmət daha önəmlidir.

 -Sizin şirkətin xidmətindən istifadə edərək xarici ölkəyə səfər etmək istəyən yeni evlilənmiş cütlüklər üçün xüsusi təklifləriniz var?

-“D.Travel company” yeni evlənmiş cütlüklər üçün ilin bütün fəsillərində Maldiv adaları, Bali,Tayland kimi ekzotik ölkələrində mənalı və çox maraqlı turlar təklif edir.Aşağı büdcəli  büdcəli cütlüklər üçün də təbii ki, “D.Travel company”-nin münasib təklifləri mövcuddur. Türkiyənin İstanbul , Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə,Gürcüstanın müxtəlif kurort şəhərlərinə turlar cütlüklərə münasib qiymətlə təklif edilir. “D.Travel company”-nin təklif etdiyi bu tip turlara misal olaraq:

Qiymətinə gediş-dönüş aviabiletinin,transfer xidmətinin, sığortasının, oteldə gecələmə və səhər yeməyinin daxil olduğu turlar üçün otel seçimi və qiymətlər aşağıdakı kimidir.

Batumi turu 5 gece 6 gun 2 nefer- 586$
Batumi şəhərində yerləşən 4 ulduzlu “Era Palace” otelində -586$
Batumidə 4 ulduzlu  “West Western Premier” otelində -590$
“Piazza four colors” 4 ulduzlu otelində -600$
4 ulduzlu “Sputnik” otel -646$

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271