BİZNES

Nazir qeyri-neft sektorundan nə qədər vergi yığıldığını açıqlayıb
10 MAY
126

Nazir qeyri-neft sektorundan nə qədər vergi yığıldığını açıqlayıb

2019-05-10 10:01:00

"Əgər rəqəmlərə diqqət yetirsək, burada 2 məqamı qeyd etmək vacibdir. Birinci məqam ondan ibarətdir ki, əgər neftin qiymətlərinin təsiri ilə neft sektorundan artıq yığılan vergi məbləği proqnozlara nisbətən təxminən 50 milyon manat civarındadırsa, qeyri-neft sektorunda bu məbləğ 220 milyon manata yaxındır" . Fins.az xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarov bu fikirləri "AZƏRTAC"a müsahibəsi zamanı səsləndirib. Fikirlərinin davmında nazir qeyd edib ki, "İkinci məqam ondan ibarətdir ki, ümumilikdə qeyri-neft sektorundan toplanan vergilərin həcmi bütün vergi daxilolmalarının 69 faizini təşkil edir, 30 faizdən bir qədər artıq hissəsi isə neft sektorunun payına düşür (qrafik 2). Bu da, hesab edirəm ki, iqtisadiyyatda baş verən sağlam proseslərin dinamikasını çox gözəl şəkildə əks etdirir. Həmçinin qeyri-neft sektorundan daxilolmaların ¾ hissəsini və ya 75 faizini özəl sektor təmin edir. Bu da iqtisadiyyatı müsbət xarakterizə edən amillərdəndir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264